FRANSA: “12 XAL SƏSVERMƏSİ” NƏTİCƏLƏRİ

Fransa milli seçim turu “12 Xal Səsverməsi” nəticələri bəlli oldu!

12 Fransa milli seçim turu “Eurovision France, C’est vous qui decidéz” iştirakçısı arasında apardığımız “12 Xal Səsverməsi”-nin nəticələri bəlli olub. 12 xal “Avroviziya” blog-u izləyicilərinin səs verdiyi bu səsvermədə “Voilà” mahnısı ilə Barbara Pravi qalib gəlib!

Qeyd: şəkildə göstərilən izləyici səsverməsi nəticələrin cəmi münsif səsverməsinin cəminə bərabər edilərək toplanıb.

İfaçı münsif (12 xal komandası) səsverməsində ikinci, izləyici səsverməsi nəticəsində birinci olaraq, toplamda 119 xal yığaraq birinciliyi əldə etməyi bacarıb.

Qeyd edək ki, daha öncə bütün 12 iştirakçı iki yarımfinala bölünmüşdü, və hər yarımfinaldan üç nəfər finala vəsiqə qazanmışdı.

Nəticələr 50% izləyicilərimizin, 50% münsiflərin (12 xal komanda üzvləri) səsverməsi nəticəsində müəyyən edilib.

Siz Barbara’nı seçdiniz! Müsabiqə özü isə artıq bu gecə baş tutacaq.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading