İki öncəki “Səs Polşa” müsabiqəsinin qalibi ölkəni “Avroviziya 2021”-də təmsil etmək üçün son günlərdə adları çəkilən ifaçılardır.
“Dziennik Eurowizyjny” xəbər portalının məlumatına görə Alicja Szemplińska və Krystian Ochman hal-hazırda ölkəni “Avroviziya Mahnı Müsabiqə”-sində təmsil etmək üçün adları çəkilən ifaçılardır. Bu haqqda müzakirələr ölkənin yayımçı kanalı TVP-nin öz Facebook səhifəsində etdiyi “Ölkəni kim təmsil etməlidir?” paylaşımımından sonra yaranıb.
Daha öncə bu ay, ötən ildə Polşa təmsilçisi, Alicja səsyazma studiyasından mahnı yazarı Piotr Walicki ilə birgə şəkil paylaşmışdı. Həmin şəkili Piotr öz səhifəsində paylaşaraq “Avroviziya ürəyində Polşa bayrağını” əlavə etmişdi.
Krystian Ochman da “Səs Polşa” yarışmasının qalibidir və Warner Music Poland ilə birgə çalışır.
Qeyd edək ki, Polşa “Avroviziya 2021”-də iştirakı barədə heç bir məlumat verməyən dörd ölkədən biridir. Böyük Britaniya, Rusiya və Ermənistan digər haqqında heç bir məlumat olmayan üç ölkədir.
Mənbə: Dziennik Eurowizyjny & Eurovoix