Gün keçdikcə daha çox ölkələrdən xəbərlər gəlməyə başlayır. Ən son mahnısı haqqında açıqlama edən Avstraliya təmsilçisi Montaigne oldu.
Öz sosial şəbəkə profillərinin vasitəsi ilə etdiyi paylaşımda ifaçı “Avroviziya 2021”-də ifa edəcəyi mahnının hazır olduğu xəbərini izləyiciləri ilə paylaşıb.
Qeyd edilir ki, aylardır bir-neçə mahnı üzərində işləyən ifaçı ilə, ən son, dünyaca məşhur Diane Warren əlaqə saxlayıb. Və aparılan birgə işlər nəticəsində, ölkəni qarşıdan gələn müsabiqədə təmsil edəcək mahnı hazır olunub.
Mahnının nə adı, nədə yayımlanacaq tarixi hələlik bəlli deyil. Onu da qeyd etmək olar kı, daha öncə JC Ultra haqqında hazırlanan mahnı artıq Rotterdama yollana bilməyəcək.
Montaigne Avstraliya milli seçim turunu 2020-ci ildə udmuş və ölkəni təmsil etmək hüququnu qazanmışdı. Müsabiqə ləğv edildikdən sonra isə ifaçı ölkənin 2021-ci il təmsilçisi kimi təsdiqlənmişdi.