ALMANİYA TƏMSİLÇİSİNİ SEÇDİ!

Almaniyanın deleqasiya rəhbəri Alexandra Wolfslast Almaniyanı Avroviziya 2021-də təmsil edəcək şəxsin artıq bəlli olduğunu bəyan edib.

Onun sözlərinə görə ifaçı seçilsədə, mahnının yayımlanma tarixi dəqiqləşdirilməyib. Almaniya bu il nəhayət ki, steoritipləri sındırıb, uğurlu yer tutmaq niyyətindədir, görünən budur. Təmsilçinin və mahnının 120 nəfərlik jüri heyəti, 20-i beynəxalq olmaqla, seçilməsi bizə bunu deməyə əsas verir.

Alexanrda həmçinin təmsilçinin fanatlarda sevinc doğuracağını söyləyib.

Keçən il Almaniyanı ” Violent Thing” adlı mahnı ilə Ben Dolic təmsil edəcəkdi. Ben keçən il diqqəti öz ölkəsinin üstünə cəmləyə bilmiş, kifayət qədər rəğbət qazanıb fanatların sevimlisinə çevrilmişdi.

Bəs görəsən Almaniya 2021-də keçən ilki kimi uğurlu, yaxud öyrəşdiyimiz şəkildə son 5-də bitirəcək “potensiala” malik mahnı ilə mi qatılacaq?

YouTube player

Leave a Reply