İTALİYA: ONLAR “SANREMO 2021” ÜÇÜN YARIŞACAQLAR?

Hər il İtalyanın Sanremo şəhərində həyata keçirilən “Sanremo Musiqi Festivalı” bu dəfə də ənənəsinə sadiq qalaraq yenidən təşkil ediləcək. “Avroviziya 2021” üçün İtaliya təmsilçisinin bəlli olacağı festivala namizədlərin mümkün adları artıq KİV yayılmağa başlayıblar.

Gaia, Noemi, Fulminacci, Leo Gassmann, Irama, Mr. Rain, Elodie, Ermal Meta, Fasma, Luca Carboni, Fede, The Kolors, Malika Ayane, Tommasso Paradiso, Colapesce e Dimartino, Francesco Renga, Michele Bravi, Annalisa, Bugo, Måneskin kimi adların çəkildiyi festivalın maraqlı olacağı gözlənilir. Ən əsası isə “Avroviziya 2021” üçün yarışacaq ifaçının kimliyinin bu siyahıdan ola biləcəyi həyəcan və marağı daha da artırır.

Qeyd edək ki, “Avroviziya 2020” üçün seçilən təmsilçi 29 yaşlı Diodato “Sanremo 2021” üçün namizədliyini irəli sürməyib.

YouTube player

Leave a Reply