2020-ci il bütün dünya üçün gözlənilməz və çətin bir il oldu. Dünyanı bürüyən COVID-19 pandemiyası Avroviziyadan da yan keçmədi. Ötən il 18 martda müsabiqə ləğv olundu. Və o tarixdən sonra bu günə kimi biz Avroviziya 2020 üçün seçilən “Cleopatra” mahnısını Efendi’nin ifasında canlı eşidə bilməmişdik.
Və nəhayət mayın 2-si çoxdandır gözlənilən “Səs Uşaqlar”-ın finalı baş tutdu. Və məs o gün biz ilk dəfə Efendi’nin ifasında ilk dəfə “Cleopatra”-nın canlı performansını görə bildik.
Qeyd edək ki, Efendi bu il Azərbaycanı “Mata Hari” mahnısı ilə Avroviziya 2021-də 18 mayda İlk Yarımfinalda təmsil edəcək. Final isə mayın 22-si baş tutacaq.