“TÜRKVİZYON 2021” ŞUŞADA KEÇİRİLƏCƏK?

“Türkviziyon” Mahnı Müsabiqəsinin təşkilindən məsul olan “TMB” televiziya şirkəti, Azərbaycanın mədəniyyət mərkəzi Şuşanın 2021-ci ildə müsabiqəyə ev sahibliyi edəcəyinə dair məlumat paylaşdı.

Üzərində Şuşa şəhəri və “Türkviziyon” loqosunun olduğu şəklin altına “İNŞALLAH” yazısını da əlavə edən kanalın postuna, Azərbaycan və Türk xalqı şad olduqlarını və dəstəklədiklərini bildirdilər.

Türkviziyon mahnı müsabiqəsi, Türkiyə musiqi kanalı TMB-nin Eurovision mahnı müsabiqəsindən ilham alaraq yaradılmış hər il keçirilən müsabiqədir. İlk dəfə olaraq Türkiyənin Eskişehir şəhərində keçirilmişdir. Yarı final 2013-cü il 19 dekabr, böyük final isə 21 dekabr tarixlərində baş tutmuşdu. Mahnı müsabiqəsinə türkdilli və türk mədəniyyətinə sahib ölkələr qatılma hüququ qazanmışdılar. 2020-ci ildə onlayn şəkildə müsabiqənin keçiriləcəyi planlaşdırılsa da, bugünə qədər hələki baş tutmamış, son dəfə olaraq 2015-ci ildə keçirilmişdir.

İcma Tərəfindən Doğrulanmış ikonası

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading