Blink TV’nin açıqlamasına görə Avstraliyanın milli seçim üsulu olan “Eurovision – Australia Decides” 2022-ci ildə geri dönəcək.
“Avroviziya 2020” yayılmış COVID-19 pademiyası səbəbindən ləğv olunduğundan, 2020-ci ildə ölkəni təmsil etmək hüququ qazanmış Montaigne 2021-ci ildədə Avstraliyanın bayrağı altında çıxış edəcək. Bu səbəbdən milli seçim turu gələn il keçirilməyəcək.
Buna baxmayaraq, yayımçı kanal milli seçim turunun 2022-ci ildə geri dönəcəyini açıqladı. İlk dəfə 2019-cu ildə baş tutan milli finalda qalib gəlmiş Kate Miller-Heidke ilə müsabiqəyə qatılan Avstraliya Eurovision’da finalda 9-cu yarımfinalda isə 1-ci olmuş və ardıyca 2020-ci ildə milli finalın qalibi Montaigne seçmişdir.
2021-ci ildə Avstraliya adına mübarizəyə qoşulacaq olan Montaigne açıqlamalarının birində mahnın artıq hazır olduğunu və yayımçı kanala təqdim olunduğunu elan etmişdi.