UKRAYNA: ÇİNGİZİN KOMANDASI OLEKSANDR İLƏ ÇALIŞACAQ?

Dünən, Ukraynanın “Junior Eurovision 2020” təmsilçisi Oleksandr Balabanob ilə olan müsahibə YouTube kanalımızda yayımlandı. Varşavada “Vidkryvai” mahnısı ilə ölkəsini yaxın zamanlarda keçiriləcək “Junior Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ukraynalı, azyaşlı musiqiçi Oleksandr, milli seçimlərdə iştirakı və müsabiqə planları barədə suallarımızı cavablandırdı.

YouTube player

Reportaj zamanı Oleksandr, milli seçim turunda qalib gəldikdən sonrakı reaksiyası, ilk “Eurovision” təcrübəsi və.s haqqında danışdı.

Gənc musiqiçi müsabiqənin formatı dəyişdiyindən Varşavaya gedə bilməyəcəyinə görə məyus olduğunu bildirdi. Buna baxmayaraq o hələ də, pozitiv düşünməyə dəvam edir.

Varşavaya gedə bilməyəcəm deyə üzüldüm. Amma digər tərəfdən, öz ölkəmdən iştirak edəcəyim üçün, səhnə performansını qurmaq daha rahat olacaq.

Ukraynalı musiqiçi Azərbaycanın ən sevdiyi çıxışı haqqında danışarkən, 2019-cu ildə ölkəni “Truth” mahnısı ilə təmsil etmiş Çingizdən bəhs etdi:

“Əslində, mənim üçün ən yaddaqalan Çingiz idi, cünki mahnı çox yaxşı idi və performansı hal hazırda birgə işlədiyim ukraynalı şəxslərin köməkliyi ilə hazırlanmışdı. Həqiqətən çox yaxşı idi”.

Müsahibə zamanı eyni yoxsa fərqli komanda ilə işləyəcəyi sualına Oleksandr, “Bunu hazırda bilmirəm amma hərşey mümkündür” deyərək cavablandırdı.

Müsahibənin tamamını izləmək üçün YouTube kanalımıza keçid edin.

Leave a Reply