ERMƏNİSTAN: MÜSABİQƏDƏ İŞTİRAKI TƏSDİQLƏNDİ

Ermənistanın yayımçı kanalı ARMTV ölkənin “Uşaq Eurovision 2020” və “Eurovision 2021” mahnı müsabiqəsində iştirakını təsdiqlədi.

Və budur Uşaq Eurovision mahnı müsabiqəsində iştirakı təsdiqlənmiş 14 ölkənin siyahısı:

  1. Ermənistan
  2. Belarusiya
  3. Fransa
  4. Gürcüstan
  5. Almaniya
  6. Qazaxıstan
  7. Malta
  8. Niderland
  9. Polşa
  10. Portuqaliya
  11. Rusiya
  12. Serbiya
  13. İspaniya
  14. Ukrayna

Hal hazırda ölkəni hər iki müsabiqədə təmsil edəcək iştirakçısı ilə bağlı rəsmi məlumat yoxdur.

Ötən il Ermənistan hər iki müsabiqə üçün milli seçim turları təşkil etmişdi. Karina İgnatyan bu mərhələni qalib gələrək Uşaq Eurovision mahnı müsabiqəsində “Colours Of Your Dreams” mahnısı ilə ölkəsini təmsil etmiş və Polşada keçirilən müsabiqədə 9-cu yerdə qərarlaşmışdı

Athena Manokian milli seçim turunda həmçinin qalib gələrək ölkəsini Eurovision mahnı müsabiqəsində təmsil etmə haqqı qazanmışdı. Lakin COVİD-19 pandemiyası səbəbi ilə EBU müsabiqəni ləğv etdi, hazırda isə Athenanın Eurovision 2021də yenidən öz ölkəsini təmsil edib-etməyəcəyi məlum deyil.

Ermənistan, Uşaq Eurovision mahnı müsabiqəsinin ən uğurlu ölkələrindəndir. İlk dəfə 2007-ci il olmaqla cəmi 12 dəfə müsabiqədə iştirak etmiş Ermənistan 2010-cu ildə ən yaxşı nəticəni əldə etmiş, “Mama” performansı ilə Vladimer Arzumanyan qalib olmuşdur. Lakin ötən il ölkə 9-cu yerə laiq görüldü, hansı ki bu da ən pis nəticələrdən hesab olunur.

YouTube player

Həmçinin son illər Ermənistan üçün Eurovision mahnı müsabiqəsində uğursuz il oldu. Ölkə son 2 ildir ki müsabiqəni finala daşıya bilmir.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading