POLŞA: LENA MARZEC, MİLLİ SEÇİM TURUNUN FİNALINA VƏSİQƏ QAZANDI

“Junior Eurovision 2020” milli seçimlər mövsümü davam edir. Polşanın “Szansa na Sukces – Eurowizja Junior 2020” Ilk Şousu TVP2-də bugün 15:15-də CEST-də (17:15-də Bakı) baş tutdu.

Şouya Artur Orzech aparıcılıq edərkən, Viki Gabor, Edyta Gorniak, Piotr Rubik münsiflər heyətində yer aldılar, iştirakçıları qiymətləndirib, ilk finalçını təyin etdilər. Səsvermə sistemi 100% münsiflərin səslərindən ibarətdir.

İlk Şounun bütün iştirakçıları:

1. Amelia Karczewska;
2. Hanna Dzieniewicz;
3. Lena Marzec;
4. Mikolaj Gajowy;
5. Gabriela Lukasik;
6. Aurelia Radecka;
7. Antonina BiesiaDecka.

Bütün iştirakçılar “Nəsillərarası Xitlər”-i cover etdilər və münsiflərin səsverməsi nəticəsində Lena Marzec Sentyabrın 27-də baş tutacaq Böyük Finala ilk vesiqəni qazandı.

Üç yarımfinal və hər birində 7 gənc müğənni, Viki Qaborun 2019-cu ildəki qələbəsindən sonra ardıcıl ikinci dəfə Polşada keçiriləcək “Junior Eurovision 2020” də Polşa təmsilçisi adı uğrunda mübarizə aparacaq.

YouTube player

Leave a Reply