Dünən Rusiyadan yaşayan Azərbaycanlı müğənni Emin Ağalarovun qurucusu olduğu “ZHARA MUSIC AWARDS 2020” adlı mükafatlandırma mərasimi paytaxt Moskvada baş tutub. Mətbuat konfransı zamanı Rusiyanı 1995-də Eurovision mahnı müsabiqəsində təmsil etmiş və daha sonra “Dream Team” adlı komanda ilə müsabiqəyə Eurovision ulduzları hazırlamış Filipp Kirkorov maraqlı açıqlaması ilə yadda qalıb.
Ona jurnalist tərəfindən ünvanlanan “2 dəfə Rusiyanı təmsil edən və hər ikisində də 3-cü olan Sergey Lazarev ilə yenidən Eurovision mahnı müsabiqəsinə qatılmağı istəyərsiniz?”
Atalar 3-dən deyib… Düşünürəm ki onun (Lazarev) fikrində bu yoxdur amma əminəm ki onun özünün də ürəyinin dərinliklərində qalib olmaq istəyi var. Artıq müsabiqənin sonuna çatıb qalib gələcəyimizə söz vermişəm. Və edəcəm! Bunu isə ən yaxşı sənətkar ilə etməyi istəyirəm və fikrimcə bu məhz Sergey Lazarevdir!
Ardıyca isə Kirkorov konfransda iştirak edən tanınmış Azərbaycanlı müğənni JONY-dən də bəhs edib:
“Mən düşünürəm Rusiyanı Sergey, Azərbaycanı isə JONY təmsil etməlidir.”
Nəticədə Kirkorov, bunun baş verəcəyi təqdirdə bu dəfə yarışmada qalib gəlmək üçün hər şeyi edəcəyini vurğuladı, yəni yalnız qalibiyyət üçün geri dönəcəklərini dedi. Və Lazarevi bunu etmək üçün ən yaxşı sənətkar olduğunu vurğuladı.
Xatırladaq ki, bir neçə gün əvvəl Kirkorov “Dream Team” lə bir daha əməkdaşlıq edəcək olan “Eurovision 2021” Moldova təmsilçisi Natalya Gordienko üçün artıq hazırlıqların başladığını açıqlamışdı.