Avroviziya 1970

1970 Avroviziya Mahnı Müsabiqəsi — sayca 15-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1969 Avroviziya Mahnı Müsabiqəsində  dörd ölkənin (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) qələbə qazanmasının ardınca hansı ölkənin növbəti müsabiqəyə ev sahibliyi edəcəyi maraq doğururdu. Belə ki, İspaniyanın 1969-cu ildə, Böyük Britaniyanın isə 1968-ci ildə müsabiqəyə ev sahibliyi etdiyinə görə ortada iki seçim olaraq Fransa və Niderland qalırdı. Nəticə olaraq, Avropa Yayımlar İttifaqının  rəsmi açıqlamasında Niderlandın Avroviziyaya ikinci dəfə ev sahibliyi edəcəyi təsdiqlənmişdir. Müsabiqə ölkənin paytaxtı  Amsterdam  şəhərində “Rai Congrescentrum” arenasında keçirilmişdir. Müsabiqə 1970-ci ilin 21 mart tarixində baş tutmuşdur.

Ötən ilki müsabiqənin nəticələrindən narazı olan  Finlandiya,  İsveç,  Norveç  və  Portuqaliya  Avroviziya 1970-də iştirakdan imtina etmişdir. Bənzər bir hadisənin təkrar baş verməməsini təmin etmək üçün qalstuk qaydası yaradıldı.  Qaydada bildirilirdi ki, iki və ya daha çox mahnı eyni sayda xal toplayırsa, hər mahnı bir daha ifa edilməlidir.  Bu çıxışlardan sonra münsiflər ən sevdikləri mahnını seçməli oldular. Müsabiqədə cəmi 12 ölkənin iştirak etmişdir və bu iştirakçı sayına görə  1959-cu ildən bəri ən aşağı göstərici idi.

Müsabiqədə  İrlandiya  təmsilçisi  Dana  ifa etdiyi “All Kinds of Everything ” mahnısı ilə Avroviziya 1970-in qalibi olmuşdur. Bu İrlandiyanın Avroviziyada ilk qalibiyyəti idi.

Maraqlı faktlar:

İlk dəfə müsabiqədə açılış mərasimində Amsterdamda çəkilmiş kadrlardan ibarət video və səhnənin qurulma anı paylaşıldı.

İlk dəfə ifaçıların səhnəyə çıxmamışdan öncə hər birinin postcart`ı yayımlanmağa başladı.

Portuqaliya milli seçim üsulu ilə təmsilçisini seçsə də sonda müsabiqədən imtina etmişdir.

Braziliya, Sovet İttifaqı, Macarıstan, Çexoslovakiya və Çili müsabiqəni peyk vasitəsi ilə canlı yayımladı.

YouTube player

Leave a Reply