Avroviziya 1957

İsveçrə ikinci dəfə müsabiqəni keçirməkdən imtina etdikdən sonra, 3 mart 1957-ci il Avroviziya Mahnı Müsabiqəsi Almaniyanın Frankfurt am Main-da keçirildi.

Müsabiqə bu dəfə də əsasən radio üzərindən izlənilsə də, televiziyadan izləyənlər arasında da artımın olduğu deyilirdi. Belçika,  Fransa,  Almaniya,  İtaliya,  Lüksemburq,  Niderland  və  İsveçrə  müsabiqədə ikinci dəfə təmsil olunurdular.  Avstriya,  Danimarka  və  Böyük Britaniya  müsabiqədə debüt edirdilər. Bu ölkələr 1956-cı ildə də təmsil olunmaq istəsələr də, müraciətləri qəbul edilməmişdi. Səbəb isə qaydalara uyğun olaraq təmsilçisini milli final üsulu ilə seçməmələri idi.

Əvvəlki müsabiqədən fərqli olaraq bu ilki müsabiqədə duetlərin iştirak etməsinə icazə verilmişdi. Danimarkalı təmsilçilər Birte Vilke və Qustav Vinkler müsabiqədə çıxış edən ilk duet olub.

Hollandiya ilk dəfə  bu il ölkəsini təmsil edən Corry Brokkenin ifasında  “Net Als Toen ” mahnısı ilə yarışmada qalib gəldi .  Corry, 1976-cı ildə müsabiqəni şərh etdi və 1997-ci ildəki yarışmada Hollandiya səslərini verdi.  2016-cı ildə 83 yaşında vəfat etdi.

Maraqlı Faktlar:

Bu ilki müsabiqədə  İtaliya  təmsilçisinin mahnısı 5:09 dəqiqə davam etdiyi halda,  Böyük Britaniya  təmsiçinin mahnısı cəmi 1:52 dəqiqə davam etmişdir. Buna görə növbəti müsabiqələrdə mahnıların 3 dəqiqədən uzun olmaması şərti qoyulmuşdur, bu qayda hal-hazırda da mövcuddur.

Ötən ildən fərqli olaraq bu ildən etibarən müsniflər öz ölkələrinə səs verə bilmirdilər. Və münsiflərin telefonla əlaqə saxladığı ilk müsabiqə idi.

Danimarkalı təmsilçilər Birte Vilke və Qustav Vinkler müsabiqədə çıxış edən ilk duet olub. Öz çıxışlarının sonunda cütlük öpüşüblər, bu öpüş müsabiqə tarixindəki ən uzun müddətli öpüş olub.

YouTube player

Leave a Reply