
1965 Avroviziya Mahnı Müsabiqəsi — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi “Non ho l’età” adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan İtaliya 1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Neapo l şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur.
Müsabiqədə yeni rekord qırılaraq iştirakçı sayı İrlandiyanın debütü və İsveçin geri dönməsi ilə 18-ə çatdı. Belçika, Almaniya, Finlandiya və İspaniya hamısı xal toplayaraq sonuncu oldu. Lüksemburq isə ikinci dəfə France Gall’ın “Poupée De Cire, Poupée De Son ” mahnısı ilə qazandı .
Maraqlı faktlar:
Müsabiqə tarixində ilk dəfə pop mahnı qalib gəldi və bu növbəti illərdə müsabiqə formatına yeniliklər gətirdi.
İsveç təmsilçisi mahnısını ana dilində yox ingilis dilində ifa etdiyi üçün digər ölkələr öz narazılıqlarını bildirdilər və nəticədə növbəti ildən etibarən qaydalarda edilən dəyişikliklərə əsasən hərbir ölkə öz ana dilində mahnı ifa etməli oldular.
İlk dəfə olaraq “Eurovision” mahnı müsabiqəsi təkcə Avropa Yayım Birliyi tərəfindən deyil, həm də Şərqi Avropa həmkarı olan İntervision tərəfindən yayımlandı.