Emy Lia: qələbə qazanıb Avroviziyanı Xankəndi şəhərinə gətirməyi arzulayıram

Bu səhər İctimai Televiziyanın efirində qonaq olan Emy Lia aparıcıların “İndiyə olan ən böyük arzunuz nədir?” sualına maraqlı və bir o qədər də iddialı cavab verib.

O bildirib ki, “Arzularım çoxdur amma hal-hazırda ən böyük arzum odur ki, Avroviziya 2024 mahnı müsabiqəsində ölkəmizi təmsil edim, qələbə qazanım və 2025-ci ildə ölkəmiz müsabiqəyə ev sahibliyi etsin. Xankəndi şəhərindən təşkil olunan musiqi yarışmasında bütün Avropanın gözü qarşısında qələbə mahnımızı ifa edim.”

İfaçı yetərincə iddialı olduğunu da vurğulamağı unutmur və əlavə edir ki, “Mahnını ilk eşidəndə qəlbimdə sevgi hissləri çoxaldı. Yəqin ki, bütün insanlarda belədir, mənim ruhum belə sevgi ilə yoğrulub. Sevgi dolu bir insanam və mənim mahnımda da bütün dünyaya böyük bir sevgi mesajı var. Mahnı tam məni əks etdirir və ona da çox inanıram. Avroviziya da mahnı müsabiqəsidir.”

YouTube player

Seçim turlarına 2 mahnı ilə qatıldığını açıqlayan Emy Lia digər mahnını Etibar Əsədli ilə birgə ərsəyə gətirdiyini, mahnının yetərincə gözəl olduğunu və yaxın zamanda təqdim edəcəyini də izləyicilərlə bölüşüb.

Qeyd edək ki, gələn ilin may ayında baş tutacaq Avroviziya mahnı müsabiqəsində ölkəmizi aşağıdakı 6 namizəddən biri təmsil edəcək:

Emy Lia
Aisel
Mila Miles & İlkin Dövlətov & Etibar Əsədli
Qorqud
Səbinə Quluzadə
Fahree

1
1

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading