AVROVİZİYA 2022-İN İLK TƏMSİLÇİSİ JEREMIE-DİR

Bir neçə gün öncə Belçikanı Avroviziya 2022-də təmsil edəcək şəxsin 15 sentyabrda elan ediləcəyi xəbərini vermişdik. Bakı vaxtı ilə saat 10:00 radələrində radio proqramlardan birində İtaliyada səhnəyə çıxacaq olan ilk ifaçının adı açıqlanıb.

“The Voice” layihəsinin fianlisti Jeremie Makiese öz ölkəsini təmsil etmək hüququ qazanmışdır. İfaçının hələki sadəcə adı açıqlanmışdır. Mahnısı barəsində isə məlumat yoxdur.

Nəzərə çatdıraq ki, Belçika 1956-cı ildən bəri müsabiqədə iştirak edir və bugünədək 62 dəfə müsabiqə səhnəsində yer alıb. Ümumilikdə 52 dəfə finala çıxan ölkə yalnız 1 dəfə 1986-cı ildə qələbəyə layiq görülüb.

Leave a Reply