ALMANİYA TƏMSİLÇİ VƏ MAHNISINI SEÇDİ

Dünən keçirilən milli finalın ardından Almaniyanın Uşaq Avroviziyası təmsilçisi və təmsilçi mahnısına aydınlıq gətirilib.

Milli finalda 3 ifaçı:Marta(10 yaş), Pauline(12yaş) və Emilie(13yaş) qalibiyyət uğrunda yarışıblar.

Təmsilçi üçün isə 3 mahnı təklifi olunub: “Gutso”, “Hausboot” və “İmagine us”. Milli şeçim turu yayımçı kanal KIKA vasitəsi ilə canlı yayımlanıb. Keçirilən səsvermənin ardından Almaniyanı Parisdə keçiriləcək olan 19-cu Uşaq Avroviziyasında Pauline’nin təmsil edəcəyi məlum olub.

Təmsilçi mahnı da səsvermə yolu ilə təyin olunub. Səsvermə yolu ilə təmsilçi mahnı “İmagine Us” seçilib. Eyni zamanda bununla 19-cu Uşaq Avroviziyası müsabiqəsinin ilk təmsilçi mahnısına aydınlıq gətirilib.

YouTube player

Qeyd edək ki, milli finalı canlı efiri 200.000 nəfər tərəfindən izlənilib.

Gəlin Uşaq Avroviziyasında Almaniyanı təmsil edəcək Paulineni yaxından tanıyaq. Zərb alətlərində və pianoda ifa etməyi bacaran təmsilçi bununla yanaşı Uşaq Teatrı tamaşalarında da özünü bir neçə dəfə sınayıb. Pauline Almaniyanın ən tanınmış musiqi layihələrindən biri olan “Jugent Musiziert” müsabiqəsində də bir neçə mükafatın sahibidir. Az yaşda çox uğurlara sahib olan Pauline indi isə Uşaq Avroviziyasında ölkəsini təmsil etməyə layiq görülüb və bundan çox xoşbəxt olduğunu bildirib.

Mənbə: KIKA

Leave a Reply