“MATA HARI”NİN YAZARLARI MAHNI YAZMA DÜŞƏRGƏSİNDƏ

Bolqarıstan Avroviziyasında xüsusi əhəmiyyəti olan “Primorsko” yaradıcılıq düşərgəsi 2022 Avroviziyası üçün yaradıcılıq qrupu üzvlərini təqdim edib.

Bolqarıstan mediasının da qeyd etdiyi kimi “ölkə işində ən yaxşı olan insanları bir yerə toplayıb və 2022 üçün çox iddialıdır.”

Avroviziya 2022 üçün Bolqarıstan mahnı idarə heyəti belədir:

Niderlandlı prodüsser Lunk Van Beers
(2020-2021 Azərbaycanın Avroviziyada mahnı prodüsseri)

Danimarkalı bəstəkar Tony Cornelissen
(2013 Almaniya və 2021 Azərbaycan mahnı bəstəkarlarından biri)

Niderlandlı bəstəkar Esmes
(2021 Avroviziyasında Azərbaycan mahnı bəstəkarlarından biri)

Macarıstanlı bəstəkar Johnny K.Palmer
(Macarıstanın Avroviziyada 2011 və 2016 mahnı bəstəkarı)

Şimali Makedoniyalı bəstəkar Vesna Molinova
(2000-2002 Avroviziyalarında Şimali Makedoniyanın mahnı bəstəkarı)

Davor Jandanovski
(Şimali Makedoniyanın 2021 Avroviziyasında mahnı bəstəkarı və prodüsseri)

Qeyd edək ki, bu heyət üzvlərindən bir qismi 2021 Avroviziyası üçün Victorianın mahnısının yazılması prosesində də iştirak etmişdilər. Düşərgə hər il Avroviziya bitdikdən sonra gələcək il üçün idarə heyətlərini seçir və qısa bir istirahət sonrası mahnı yazımına başlayır. Sentyabr sonundan etibarən mahnı yazımına başlanması gözlənilir. Mahnılar təbiət qoynunda dəniz kənarında yazılır.

Primorsko

Xatırladaq ki, Bolqarıstanda düşərgə keçən il də təşkil edilmişdi. Həmin düşərgə Bolqarıstanın Avroviziya 2021 təmsilçisi VICTORIA üçün 6 mahnı yazılmışdı. Düşərgədə məşhur bəstəkar Borislav Milanov da iştirak edirdi. O daha əvvəl qeyd etmişdi ki,əgər iştirakçılara öz 2020 mahnılarını ifa etməyə icazə verməsələr o bir daha Avroviziya müsabiqəsinin tərkib hissəsi olmayacaq. Görünür, o elə dediyini də edir. O Çingizin “Truth”, Destinyin “All Of My Love” və s. kimi uğurlu Avroviziya mahnılarının əsas müəllifidir.

Leave a Reply