UŞAQ AVROVİZİYASI ÜÇÜN MÜXTƏLİF SSENARİLƏR

Avropa Yayım Birliyinin “Uşaq Avroviziya 2021” üçün bir neçə ssenarisi var.

Müsabiqənin hazırkı, mövcud pandemiya şərtlərinə uyğun keçirilməsi üçün Avropa Yayım Birliyi 4 mümkün variant üzrə işləyir. Hazırkı məlumatlara görə Fransa əhalisinin 55.68% -i tam peyvənd olunub, dekabra qədər bu rəqəmin 80%-ə qalxması gözlənilir.

A planı:

Bu plana görə yarışın keçirilməsində hər hansısa məhdudiyyət olmayacaq. Hansı ki, müsabiqə ən son 2019-cu ildə məhz bu planda keçirilib.

B planı:

Bizə “Avroviziya 2021”-dən tanış olan bu plana əsasən, iştirakçılar, habelə bütün komanda pandemiya qaydalarına tam əməl edəcək. Parisdə olduqları müddətdə komandadakı hərhansı birinin virusa yoluxması halında ifaçı performansını öz ölkəsində nümaiş etdirməli olacaq. Maksimum izləyici sayı bu plana əsasən 3500 nəfər nəzərdə tutulur. Arenaya daxil olmaq üçün maksimum 48 saat əvvəlki COVİD testi zəruri olaraq təqdim edilməli olacaq.

C planı:

B planından fəqli olaraq, C planında bəzi nümayəndə heyəti üçün səyahət məhdudiyyətləri qüvvədə olacaq. Parisə yola düşə bilməyən iştirakçılar “Avroviziya 2021” -də Avstraliya kimi öz ölkəsində çəkilmiş “Live on tape” ilə müsabiqədə iştirak edəcəklər.

D planı:

Bu plana əsasən heçbir ölkənin nümayəndə heyəti Parisə gedə bilməyəcək. “Pozitiv” COVİD testlərinin sayının az olduğunu nəzərə alsaq, bu planın isə həyata keçmə ehtimalı çox azdır.

Xartırladaq ki, ötən il müsabiqədə Fransa təmsilçisi Victoria “J’imagine” mahnısı ilə qalib olmuşdu. Hazırda isə “Uşaq Avroviziya 2021” iştirakını təsdiqləyən ölkələr ilə bağlı əlimizdə olan məlumatlar bunlardır:

• Albaniya
• Almaniya
• Azərbaycan – Sona Azizova
• Fransa
• Gürcüstan
• İrlandiya
• İspaniya
• Malta
• Niderland
• Polşa
• Portuqaliya – Simão Oliveira
• Rusiya
• Şimali Makedoniya
• Serbiya
• Ukrayna

Leave a Reply