EFENDI İLİN İLK TV PROQRAMINDA

Avroviziya 2021 təmsilçimiz Samira Efendi bu gün ilin ilk TV proqramı ilə İctimai TV-də “Fatehin Divanı”-da qonaq qismində iştirak edib.

Efendi mahnı seçimindən bir qədər bəhs edib. Onun sözlərinə görə seçim zamanı “Mata Hari”-ni ifa edəndə məhz bu mahnının seçilməsini çox istədiyini və buna ümid etdiyini, daha sonra seçim hüququna malik Focus Group “Mata Hari” mahnısını seçəndə bundan çox xoşbəxt olduğunu söyləyib.

Bundan əlavə mahnının tarixçəsi və seçimdəki məmnunluğundan bəhs edən Efendi tarixi çox sevdiyini və tarixdə öz sözünü demiş güclü qadınları təmsil etdiyinin sevincindən də söz açıb.

Aparıcı DJ Fatehin müsabiqədəki yeni qaydalar haqqında olan suallarına cavab olaraq isə Efendi:

Bu il edilən dəyişikliklərdən biri də bekvokalçılar haqqındadır ki, yeni qaydalara əsasən komanda bekvokalçılarının ifa edəcəyi hissəni öncədən səsyazma olaraq qeydə ala biləcək və səhnədə onlara ehtiyac qalmayacaq. Buna səbəb isə səhnədə mümkün qədər az şəxsin olmasıdır. Hansı ki, bu üsuldan biz də istifadə edəcəyik.

YouTube player

Həmçinin, mahnıda bütün vokalların (bekvokal daxil) şəxsən Efendi tərəfindən səsləndirilməsi də bəlli olub.

İfaçı eyni zamanda artıq Covid 19 əlehinə 2 dəfə peyvənd etdirdiyini də açıqlayıb.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading