MELODİFESTİVALEN 2021 QALİBİ TUSSE OLDU

2021-in müsabiqə qalibi olan Tusse öz ölkəsini “Avroviziya 2021” -də təmsil etmə haqqını qazandı. Beləliklə, İsveçi 2021-cil Avroviziya müsabiqəsində Tusse “The Voices” mahnısı ilə təmsil edəcək.

Beş həftəlik şoulardan sonra “Melodifestivalen 2021” -in altıncı və son həftəsi üçün vaxt gəldi. 6 həftəlik tur COVID-19 ilə əlaqədar olaraq tamaşaçısız qaldığı üçün Melodivestivalen’in 2021-ci il buraxılışı şou baxımından fərqli idi. Altı şounun hamısı Stockholm Globe City-nin məkanlarından biri olan Annexetdən yayımlandı.

YouTube player

19 yaşlı Tousin Michael Chiza, Konqo-Kinşasada anadan olub və yalnız 8 yaşında ikən qaçqın kimi İsveçə gəldi. 2018-ci ildə İsveçdəki Got Talent-də iştirak etdi. Tusse şounun yarı finalına yüksəlmiş və sonradan vəfat edən anasına hörmət olaraq “My Soul Is Calling” adlı ilk sinqlını buraxmışdı. Bundan sonra, İsveç İdolunun 2019-cu il buraxılışını qazandı. Tusse’nin İdoldan sonrakı ilk sinqlı “Innan du går” (“Before You Go”) yayımlandı, bu da İsveç dilində ilk mahnısı idi.

1958-ci ildən bu yana İsveç 59 dəfə Avroviziya Mahnı Müsabiqəsinə qatıldı. Yarışmada 6 dəfə qalib gəldilər:

1974: ABBA – Waterloo
1984: Herreys – Diggi-loo Diggy-ley
1991: Carola – Fångad Av En Stormvind
1999: Charlotte Nilsson – Get Me to Your Heaven
2012: Loreen – Eyforiya
2015: Måns Zelmerlöw – Heroes

Böyük finallardan yalnız birinə (2010) vəsiqə qazana bilməyən İsveç müsabiqədə böyük uğur göstərmişdir.

Mənbə: EurovisionWorld

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading