YUNANISTAN LAST DANCE MAHNISI İLƏ TƏMSİL OLUNACAQ

Stefania, Yunanıstanı “Avroviziya 2021” Mahnı Yarışmasında təmsil edəcək və Rotterdam üçün yeni mahnısı “Last Dance”-ı yayımladı. Qeyd edək ki, Stefania keçən il müsabiqə ləğv olunmazdan əvvəl öz ölkəsi üçün “Supergirl” mahnısını ifa edəcəkdi. Bu il isə ona ikinci dəfə şans verildi.

Sadəcə Stefania kimi tanınan Stefania Liberakakis, Yarı Yunan,Yarı Holland müğənni, aktrisa və YouTuberdir. Stefania Hollandiyada anadan olub böyüyüb. O çox gənc yaşlarında musiqiyə olan sevgisini dərk etdi və musiqiylə məşğul olmağa başladı.

Stefania daha 10 yaşı olmasına baxmayaraq ailəsini öz istedadına inandırdı və öz istəyi ilə Uşaq “The Voice” müsabiqəsinə qoşuldu. Nümayişdən sonra Kinderen voor Kinderen adlı uşaq xorunun üzvü oldu. 2016-cı ildə daxili komitə tərəfindən Valletta’daki Kisses qrupu ilə Hollandiyanı Avroviziya Gənclər Yarışmasında təmsil etmək üçün seçildi.

Yunanıstan Avroviziya macərasına 1974-cü ildə başladı və bu günə qədər 40 dəfə yarışmaya qatıldı. 2005-ci ildə Helena Paparizou’nun ifasında “My Number One” mahnısı ilə Avroviziya Mahnı Yarışmasını qazandılar. Qələbədən bəri müsabiqədə çox uğurlu oldular. Yunanıstan 14 dəfə Böyük Finala vəsiqə qazandıb .(yalnız 2016 və 2018-ci illərdə Böyük Finalı buraxdı.) və heç vaxt sonuncu yeri tutmayıb.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading