NATALİADAN SURPRİZ QƏRAR

Moldova təmsilçisi Natalia Gordienko müsabiqədə “Sugar” adlı mahnı ifa edəcək. İfaçı bu il məşhur “Dream Team” ilə iş birliyi etmək qərarına gəlmişdir. Belə bir zamanda komanda fanatları həyəcanlandıracaq, çox təqdirəlayiq bir qərar qəbul etmişdir. Beləki, ifaçının “Sugar” mahnısının təqdimatı üçün xüsusi, bir çoxlarını təəccübləndirəcək qərar qəbul edilib.

Natalia öz mahnısını ilk dəfə mart ayının 4-də Rusiyada yerləşən Crave Teartrından ifa edəcək. Proqram saat 18:00-da(CET) başlayacaq. Bu proqramda Natalia “Dream Team” tərəfindən hazırlanmış bir neçə mahnını ifa edərək konsert verəcək.Çox sevindirici haldır ki, mahnılar arasında Azərbaycanın mahnısı da var. Onun ifa edəcəyi mahnılar aşağıdakılardır;

1. My Number One – Yunanıstan 2005

2. Work Your Magic – Belarusiya 2007

3. Shady-lady- Ukrayna 2008

4. Hold me – Azərbaycan 2013

5. You Are the Only One- Rusiya 2016

6. My Lucky Day – Moldova 2018

Bundan əlavə, baş tutacaq bu proqramda bir sıra “Avroviziya” ulduzlarını görə biləcəyik. Polina Gagarina,Sergey Lazerev və Ani Lorak bu qəbildəndir. Proqram Natalia-ın youtube kanalında canlı yayımlanacaq.

Leave a Reply