Avorviziya 2021 mahnı müsabiqəsində yarışacaq daha bir ölkə təmsilçisi bəlli oldu.
Tampere şəhərində baş tutan Uuden Musiikin Kilpailu 2021 milli finalında bu gün 7 iştirakçı öz çıxışını aşağıdakı sıralama üzrə həyata keçirdi:
- Teflon Brothers x Pandora “I Love You”
- Aksel “Hurt”
- Laura “Play”
- Danny “Sinä päivänä kun kaikki rakastaa mua”
- Oskr “Lie” Oskari Ruohonen, Joonas Angeria, David Pramik
- Blind Channel “Dark Side”
- Ilta “Kelle mä soitan”
İştirakçılar arasında yer alan Aksel (Finlandiya 2020) və Laura Polvedere (Estoniya 2005, 2017) daha öncədən müsabiqədə iştirak hüququ əldə etmiş finalçılar idilər.
İştirak edənlər arasından seçilən isə yalnız 1 isim ola biləcəkdi. O da “Dark Side” mahnısı ilə Blind Channel qrupu oldu. Qrup, milli finalda həm münsiflərin həm də xalq səsverməsinin qalibi olaraq ölkəsini Avroviziya mahnı müsabiqəsində təmsil etməyə haqq qazandı.
Qrupun üzvləri ilə birgə olan müsahibəmizi izləmək üçün aşağıdakı videoya baş çəkə bilərsiniz:
Eynı zamanda mahnıya olan reaksiya videomuzu izləməyi də unutmayın: