MGP 2021: IMERIKA FİNALA VƏSİQƏ QAZANIR

Mövsümün ən gözlənilən və ən həyəcanlı milli seçim turlarından biri “Melodi Grand Prix 2021”-in Beşinci Yarımfinalı indicə başa çatdı! Gecənin sonunda IMERIKA “I Can’t Escape” mahnısı ilə finala vəsiqə qazandı!

Həmişə olduğu kimi yarımfinalda dörd ifaçı iştirak edirdi. Iştirakçıların siyahısı həftənin Bazar Ertəsi günü açıqlanmışdı:

1. Ane.Fin – Walking In My Sleep;
2. TuVeia – Bli med meg på gar’n;
3. IMERIKA – I Can’t Escape;
4. RIVER skal fremføre – Coming Home.

Şou hər zaman olduğu kimi püşkatma mərasimi ilə başladı. Nəticə olaraq ilk dueldə Marianne TuVeia RIVER’ə qarşı, ikinci dueldə isə Ane.Fin IMERIKA’ya qarşı yarışdı.

Səsverməsinin nəticəsi olaraq RIVER “Coming Home” mahnısı ilə, və IMERIKA “I Can’t Escape” mahnısı ilə Qızıl Duelə vəsiqə qazandılar.

Gecənin yekununda hər iki ifaçı mahnılarını ikinci dəfə ifa etdi. Səsvermə başladı. Və nəticədə daha çox səs toplayaraq IMERIKA gecənin ən güclüsü oldu və finlaçılar sırasına daxil oldu!

YouTube player

Hazırda finalçılat siyahısı belə müəyyənləşib:

  1. KEiiNO – Monument;
  2. TIX – Ut av mørket;
  3. Stavangerkameratene – Barndomsgater;
  4. Kaja Rode – Feel Again;
  5. Atle Pettersen – World on Fire;
  6. Rein Alexander – Eyes Wide Open;
  7. Blåsemafian – Let Loose;
  8. Raylee – Hero;
  9. EMMY – Witch Woods;
  10. KiiM – My Lonely Voice;
  11. IMERIKA – I Can’t Escape.

Sonuncu finalist isə iki gün sonra, Bazar Ertəsi keçiriləcək “İkinci Şans”-da bəlli olacaq.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading