BELARUS: İŞTİRAKA DAVAM

Belarusiya ilə bağlı qərar bəlli oldu. AYB Belarus Mədəniyyət Həmrəyliyi Fonduna cavab məktub yollayıb.

“Belarusiyadakı vəziyyəti izləyir və səlahiyyətlilərin hərəkətlərini pisləyirik. BT-yə “birtərəfli məlumat verilməsinin yolverilməzliyi” barədə xəbərdarlıq artıq edilib. Lakin BT-nin “Avroviziya”-ya qatılma və yayım hüququndan məhrum edilməsinə dair istəklərinizə qatılmırıq, çünki yayımçı kanal siyasətdən kənardır” – deyə məktubda bildirilir.

Bu isə öz növbəsində ölkənin müsabiqədə iştirak edəcəyi anlamına gəlir.

Qeyd edək ki, ötən ay Belarus Mədəniyyət Həmrəyliyi Fondu “Belteleradio” şirkətinin Avropa Yayım Birliyindən (AYB) xaric edilməsi və “Avroviziya” yayım və iştirak hüququndan məhrum edilməsi üçün kampaniyanın başladığını elan etmişdi. Müvafiq məktub Avropa Yayım Birliyinin Cenevrədəki ofisinə göndərilmişdi.

Keçdiyimiz günlərdə ölkənin rəsmi yayımçı kanalı mahnı qəbulunu yekunlaşmışdırmışdı. Məlumata əsasən ölkənin bütün iştirakı tarixində ən az mahnı bu il qəbul edilib. Belə ki, onların ümumi sayı 50-yə belə çatmır.

Photo: Siarhej Budkin

Leave a Reply