Sanremo-da həyacan bitmir. Bu səfər Francesca Michielin və Fedez dueti “Sanremo 2021”-dən kənarlaşdırıla bilər.
Buna səbəb isə duet iştirakçılarından biri olan Fedez’in öz Instagram hesabında mahnının 30-40 saniyəlik hissəsini paylaşmağıdır.
Qeyd edək ki, festivalın qaydalarına görə mahnı müsabiqənin ilk gecəsinə qədər heç yerdə səslənməməlidir və paylaşılmalıdır. Lakin ifaçınının paylaşımı dərhal silməsinə baxmayaraq, musiqiçinin heyranları artıq onu yaymağı bacarıblar.
Hal-hazırda ölkənin yayımçı kanalı Rai və “Sony Music” birgə araşdırma aparırlar. Nəticə olaraq duet müsabiqədən kənarlaşdırıla bilər.
“Sanremo” musiqi festivalı bu il 61-ci dəfə keçiriləcək. Son illərdə qaliblərin “Avroviziya”-da ölkəni təmsil etdiyi bu müsabiqə bu il 2 və 6 Mart tarixləri arasında keçiriləcək. Hal-hazırda təşkilatçılar COVID-19 pandemiyasının yaratdığı çətinlikləri aradan qaldırmağa çalışırlar.
Mənbə: Gossip E TV