FRANSA: BARBARA PRAVİ “VOİLÀ” SÖYLƏYƏCƏK

Fransada bir-neçə dəqiqə öncə ilin ən gözlənilən milli seçim turlarından biri “Eurovision France, C’est vous qui decidéz” başa çatdı. Nəticə olaraq Barbara Pravi ölkəni “Avroviziya 2021”-də təmsil etmək hüququ qazandı!

YouTube player

Bakı vaxtı ilə gecə saat 00:05-də başlayan bu milli seçim, 3 saatlıq şounun sonunda ölkənin adına yarışacaq mahnını adına aydınlıq gətirdi.

İlk növbədə bütün 12 iştirakçı öz mahnılarını canlı ifa etdi. Sonuncu mahnı ifa edildikdən dərhal sonra xalq səsverməsi başladı. Nəticə olaraq 7 nəfər superfinala vəsiqə qazandı, münsiflər isə LMK-ya ‘wildcard’ təqdim etdi. Son olaraq superfinala bu ifaçılar keçdi:

  1. Casanova – Tutti;
  2. Juliette Moraine – Pourvu qu’on m’aime;
  3. Cephaz – On a mangé le soleil;
  4. 21 Juin Le Duo – Peux-tu me dire?;
  5. Amui – Maeva;
  6. Barbara Pravi – Voilà;
  7. Poney X – Amour fou;
  8. LMK – Magique.

Superfinalda xalq səsverməsi yenidən başladı. Bir-neçə dəqiqə dəvam edən səsvermədən sonra münsiflər öz səslərini bir-bir açıqladı. Nəticədə həm münsif, həm xalq səsverməsini udaraq Barbara Pravi “Voilà” mahnısı ilə “Avroviziya 2021” səhnəsində Fransanı təmsil etmək hüququ qazandı!

YouTube player

Leave a Reply