Litva milli seçim turu “Pabandom iš Naujo” artıq tam sürətlə dəvam edir. The Roop yeni mahnısının adını, “cover”-ini və nümayiş tarixini açıqladı.
Ötən həftənin Şənbə günü keçirilən ilk efir zamanı, on ifaçının iştirak etdiyi gecədən yarımfinala beş nəfər vəsiqə qazanmışdı.
Ümumi nəticələr isə belə olmuşdu:
1. Voldemars Petersons – Never Fall for You Again;
2. Titas and Benas – No;
3. Martyna Jezepčikaitė – Thank You Very Much;
4. Milita Daikerytė – Shadows;
5. BE U – Love Yourself;
6. Black Spikes feat. Indrė Launikonytė – Don’t Tell Me;
7. Donata – The Way I Am;
8. Aldegunda – Sit Down;
9. Twosome – I Love My Bear;
10. Thomukas1 – Wish.
Artıq bu həftənin Şənbə günü müsabiqənin növbəti beş yarımfinalçısı bəlli olacaq. Yarışma haqqında bütün məlumatlar anında bizim telegram kanalımızda paylaşılacaq.
Bununla yanaşı, birbaşa finalçı olmuş The Roop qrupu bu gün mahnının nümayiş ediləcəyi günü açıqladı. Ötən ilin əsas favoritlərindən biri olan qrup “Discoteque” adlı mahnısını bu həftənin Cümə günü təqdim edəcək.