“Avroviziya 2021” üçün günlər azaldıqca, məlum olan təmsilçi sayı da hər keçən gün artır. Təmsilçi və mahnı adını bizlərlə bölüşən növbəti ölkə bu dəfə Kipr oldu.
Kipri “Avroviziya 2021” mahnı müsabiqəsində Elena Tsagrinu ” El Diablo” adlı mahnı ilə təmsil edəcək. Hələki mahnı məlum olmasa da, mövzu bir qızın mənfi xarakterli – şeytan kimi birinə aşiq olması haqqında olduğu artıq bəllidir.
Mahnı çox profesional və təcrübəli şəxslər- Jimmy Thronfeldt, Laurell Barker, Oxa və Thomas Stengaard tərəfindən yazılmışdır. Səhnə direktoru isə yadda qalan qaliblərdən Conchita Wurst -ün Avroviziya mahnısı “Rise Like a Phonix” -in səhnə performansını hazırlayan Marvindir.
26 yaşlı ifaçı Elena Tsagrinu, Yunanıstanın Athina şəhərində dünyaya göz açmış, hələ ərkən yaşlarında bir çox müsabiqələrdə iştirak edərək uğurlu nəticə göstərmişdir. Kipr və Yunanıstanda olduqca sevilən ifaçının mahnıları YouTube-da milyonlarla baxış toplamağı bacarmışdır.
Hər birimizin səbirsizliklə gözlədiyimiz Avroviziya mahnısı ” El Diablo” isə növbəti günlərdə yayımlanacaq.