SOFIA FESKOVA RUSİYANI TƏMSİL EDƏCƏK

Sofiya Feskova Rusiya milli seçiminin qalibi oldu və ölkəsini 29 Noyabrda Varşavada baş tutacaq olan “Junior Eurovision 2020” mahnı müsabiqəsində təmsil etmə hüququnu əldə etdi!

Ümumilikdə 11 iştirakçı “Junior Eurovision 2020” də Rusiya təmsilçisi adı uğrunda mübarizə aparmış və Sofiya Feskova münsiflər heyəti və onlayn səsvermə əsasında tabloda ən yüksək nəticə əldə etmişdir. Səsvermə kateqoriyalarının hər biri ümumi səslərin 50% -ni təşkil etmişdir. Münsiflər səsverməsinin tam siyahısı sabah kanal tərəfindən açıqlanacaq, lakin tamaşaçı səsləri artıq məlumdur Rutger Garekht dünən bitmiş olan onlayn səsvermənin qalibi oldu.

Mübarizə aparan finalistlər:

  • Sоfia Feskоva – Moy Noviy Den;
  • Аrseniy Slesarev – Chto Ty Nadelala, Baby?;
  • Аrtem Fоkin – Vozmi Moyu Ruku;
  • Sоfia Shkyopu – Alise;
  • Аrtem Mоrоzоv – Leti;
  • Rutger Garekht – Doroga – Moya Sudba;
  • Duet “LitlZ” (Mihail Kоval & Pоlina Kоrоleva) – Pervaya Ljubov;
  • Sergey Filin & Verоnika Litоvchenkо – V Trendah TikTоk;
  • Sоfia Tumanоva – Bolshe Sveta;
  • Genysh (Gennadiy Pereverdiyev) – Nastrоenie Panda;
  • Sоfia Kirsenkо – Prosto Zhit.

İqor Krutoy Akademiyası milli seçim turunu təşkil etməyə başladığından bəri ilk dəfədir ki, onlayn səsvermənin qalibi ümumi səsvermədə 1-ci olmayıb.

YouTube player

Leave a Reply