Eska.pl əsasda olmaqla Polşanın müxtəlif KIV-in bildirdiyinə görə qarşıdan gələn “Uşaq Avroviziya 2020” müsabiqəsi ləğv edilə bilər. Bu qərarın səbəbi TVP-nin Proqram Komissiyası tərəfindən bildirilən narazıçılıq ola bilər. Komissiya yalnız müsabiqənin Polşada keçirilməməsinə deyil, ümumiyyətlə yarışmadan çəkilməyə çağırır.
Yayımçı kanal təcili olaraq Telewizja Polska sədri Jacek Kurski və İdarə Heyətinin sədri Mateusz Matyszkowicz ilə görüşməyi planlaşdırır.
Bu fikir ayrılığı, Polşa Hökümətindəki ifrat sağçı partiyanın Birləşmiş Polşanın fərqli fikirlərindən sonra ortaya çıxan yeni siyasi böhranla gündəmə gəldi.
Proqram Komissiyası bu yarışmanın uşaqların və gənclərin fiziki, əqli və əxlaqi inkişafına mənfi təsir göstərdiyini də düşünür:
“Bu qorunma yalnız uşaqların və gənclərin fiziki, əqli və əxlaqi inkişafına mənfi təsir göstərən məzmunun yayılmasını azaltmaqla məhdudlaşmamalı, eyni zamanda bu proqramların uşaqlara təsirini nəzərə almalıdır. Proqram Komissiyası Telewizja Polska-dan uşaq və gənclərin bədii fəaliyyətini Yayım Qanunununa uyğun olan şəkildə öz proqramını yaratmağı xahiş edir.”
Gazeta.pl-ə verdiyi müsahibədə Şura sədrinin müavini, “Uşaq Avroviziya” iştirakçılarına “böyüklər tərəfindən oyuncaq, pop mədəniyyət obyekti kimi baxıldığını” söylədi:
“Bunu televiziya rəhbərliyi ilə müzakirə etmək istəyirik, bizə elə gəlir ki, bu müsabiqə uşaqlara obyektiv yanaşma və mədəniyyəti yüksəltmək məqsədi ilə az əlaqəlidir. Kimsə bunun Yayım Qanununa uyğun gəlmədiyini düşünə bilər. Bizə təhlükəli bir istiqamət kimi görünür”.