EESTI LAUL 2021 TARİXLƏRİ VƏ QAYDALARI AÇIQLANDI

Bu il 13-cü dəfə baş tutacaq olan Estoniya milli seçim turu “Eesti Laul” keçirilmə tarixləri və qaydaları yayımçı kanal ERR tərəfindən ictimaiyyətə təqdim olunub.

Milli final 2 yarıfinaldan ibarət olacaq ki, bunlar 18 və 20 fevral tarixində baş tutacaq və finala vəsiqə qazanan şəxslər, 6 martda qalibiyyət uğrunda mübarizə aparacaq.

6 Noyabra qədər mahnı qəbulu davam edəcək və 24 mahnı seçilərək yarıfinallarda yarışacaq sonda isə 12 mahnı finalda qarşılacaq. Yayımçı kanal ötən il milli finalın qalibi olmuş və Eurovision 2020-də ölkəni təmsil etmə hüququ qazanmış Uku Suviste üçün də təklif edib. Belə ki, əgər Uku, milli finala yenidən qatılmaq istəyərsə o, bir başa yarı finalda mübarizə aparacaq.

YouTube player

Kanalın milli finala qəbul üçün qoyduğu qaydalar isə belə olub:

  • Qatılan şəxslər Eston dilində mahnı üçün €25, başqa dillərdə olan mahnı üçün €75 ödəməlidir.
  • Əgər iştirak etmək istəyən şəxslər 1 Noyabrdan sonra qeydiyyatdan keçərsə onda qiymətlər 2 qat €50 və €150 olacaq.
  • Qəbul başına toplanan bütün məbləğlər Estoniyanı Eurovisionda təmsil edəcək şəxs üçün xərclənəcək.
  • Hər müğənni, bəstəkar və ya prodüser üçün maksimum 5 mahnıya icazə verilir.
  • Xarici mahnı yazarlarının müraciətləri yalnız Estoniya vətəndaşları olduqda və ya Estoniyada yaşayan biri olduqda baxılacaq.

Qəbul üçün son gün 6 noyabrdır, 12 noyabrdan gec olmayaraq iştirak hüququ qazanmış şəxslərin adları açıqlanacaq. Dekabr ayının 5-də isə mahnılar təqdim olunacaq.

Milli finalın baş tutacağı arenada tamaşaçıların olub olmamasına daha sonra, ölkədəki pandemiya göstəricilərinə görə qərar veriləcək.

YouTube player

Leave a Reply