Gələn həftə Uşaq Avroviziya 2023 həftəsidir – Bütün detallar

Sayca bu il 21-cisi keçiriləcək Uşaq Avroviziya mahnı müsabiqəsinə artıq bir həftə qalıb. Fransanın Nitsa şəhərində baş tutacaq müsabiqədə 16 ölkə qalibiyyət uğrunda mübarizə aparacaq.

Ölkələr və onların mahnıları aşağıdakı kimidir:

  • Albaniya;
YouTube player
  • Ermənistan;
YouTube player
  • İrlandiya;
YouTube player
  • Birləşmiş Krallıq;
YouTube player
  • Polşa;
YouTube player
  • Fransa;
YouTube player
  • Şimali Makedoniya;
YouTube player
  • Estoniya;
YouTube player
  • İtaliya;
YouTube player
  • Malta;
YouTube player
  • Gürcüstan;
YouTube player
  • Ukrayna;
YouTube player
  • Almaniya;
YouTube player
  • İspaniya;
YouTube player
  • Portuqaliya;
YouTube player
  • Niderland;
YouTube player

Gələn həftənin cədvəli artıq bəllidir:

  • 20 Noyabr – Açılış mərasimi;
  • 21-22 Noyabr – İlk məşqlər;
  • 23-24 Noyabr – İkinci məşqlər;
  • 24-26 Noyabr – İlk tur səsvermə;
  • 25 Noyabr – Münsif şousu;
  • 26 Noyabr – Uşaq Avroviziya 2023-ün finalı.

Qeyd edək ki, qalib 50% münsif səsləri, 50% isə onlayn səsvermə ilə təyin olunacaq. Onlayn səsvermədə isə bütün dünya ölkələri iştirak edə bilər.

Səsvermə iki mərhələdə aparılacaq. Birinci mərhələ 24-26 noyabr tarixlərini əhatə edəcək və hər kəs istənilən üç ölkəyə jesc.tv saytı üzərindən səs verə biləcək.

İkinci mərhələ isə final günü bütün performanslar canlı olaraq səsləndirildikdən sonra 30 dəqiqə müddətində başlayacaq. Orda da hər kəs maksimum üç ölkəyə səs verə biləcək.

Xatırladaq ki, ölkəmiz son dəfə müsabiqəyə 2021-ci ildə Sona Əzizovayla qatılmış və 5-ci yerdə qərarlaşmışdı.

YouTube player

Leave a Reply