Uşaq Avroviziya 2023-ün səhnə dizaynı, aparıcıları, açılış mərasiminin tarixi və interval akt iştirakçıları bəlli olub.
Müsabiqənin açılış mərasimi 20 noyabr bazar ertəsi Le Negresco’da keçiriləcək. 16 iştirakçı dünyaca məşhur Promenade des Anglais-də qırmızı xalça üzərinə çıxacaq. Açılış mərasimi France 4 və Uşaq Avroviziyanın rəsmi “Youtube” hesabından canlı olaraq yayımlanacaq.

Verlişin aparcıları da artıq bəlli olub. Müsabiqəyə Olivier Minne və Laury Thilleman aparıcılıq edəcək.
Oliver Minne

Olivier Minne 2021-ci ildə Uşaq Avroviziyaya aparıcılıq etmiş, 1992 və 1993-cü illərdə Fransa səsvermələrini təqdim etmiş, həmçinin 1995-ci ildən 1997-ci ilə qədər Avroviziyanı şərh etmişdir.
Laury Thilleman

Laury Thilleman isə fransız jurnalist, model və aparıcıdır. O, 2011-ci ildə “Miss France 2011” gözəllik yarışmasının qalibi olub.
Müsabiqənin səhnə dizaynı da artıq hazırdır.

Səhnə 30 metrlik mərkəzi hissəyə, qanadlar şəklində uça bilən 12 metr yüksəkliyə malik led ekrandan ibarətdir.

Müsabiqənin Fransa şərhçisi ölkənin Uşaq Avroviziya 2019 iştirakçısı olan Carla olacaq.
Son olaraq isə müsabiqənin interval aktında ölkənin Avroviziya 2016 təmsilçisi Amir yer alacaq.
Müsabiqə 26 noyabrda Fransanın Nitsa şəhərində Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.