Avstraliya Avroviziya 2024-də iştirak edəcək?

ESCToday Avroviziya xəbər bloqunun məlumatına görə, Avstraliya yayımçı kanalı SBS Avroviziya 2024-ə qatılmaq üçün AYB ilə danışıqlar apardığını açıqlayıb.

SBS-nin açıqlaması bu şəkildədir:

“Avroviziya SBS ailəsinin əziz bir hissəsidir. Avstraliyanın gələcəkdə Avroviziyada iştirak etməsi hal-hazırda müzakirə olunur. Avroviziya pərəstişkarlarının bu mövzunu diqqətdə saxladıqlarını bilirik. Mümkün olanda biz təfərrüatları təqdim edəcəyik”.

Qeyd edək ki, SBS ilə AYB arasında olan beş illik müqavilənin müddəti 2023-cü ildə sona çatıb.

YouTube player

Leave a Reply