Avroviziya mahnı müsabiqəsinin seçimlərində mütəmadi olaraq iştirak edən istedadlı gənc, Tofiq Hacıyev ötən il müsabiqədə ölkəmizi təmsil etmək üçün hazırlamış olduğu “Oyan” adlı nəğməni ictimaiyyətə təqdim edib.
Toğrul Əsədullayevlə birgə ifa etdiyi mahnının sözləri azərbaycancadır və nəğmədə musiqi aləti kamançaya xüsusi yer verilib.
Öz instaqram səhifəsindən verdiyi məlumata görə bəlli olub ki, Hacıyev Avroviziya səhnəsi üçün hələ də çalışır və əlindən gələni edir. Belə ki, o Avroviziya 2024 seçimlərinə də qatılacağını, yeni mahnıların hazırlandığını bəyan edib.
Qeyd edək ki, ötən ilki seçimlərdə ölkəmiz adından prosesi başladan rəsmi yayımçı kanal İTV göndərilmiş 200-dən çox mahnı arasından 5 mahnını seçmiş və onlar arasından “Tell Me More” müsabiqədə Azərbaycanı təmsil etməyə layiq görülmüşdür.
Digər 4 namizəd isə bu şəkildə olmuşdur:
Leyla İzzətova – “Gəl”
Mamgama – “River”
Azər Nəsibov – (Mahnısı təqdim edilməyib)
Əmrah Musayev & Humay Aslanova (Mahnısı təqdim edilməyib)