Kipr Avroviziya 2024 təmsilçisini gələn həftə açıqlayacaq?

Məşhur yunan xəbər səhifəsi Eurovisionfun saytının məlumatına görə Kipr yayımçı kanalı CyBc gələn həftə ölkənin Avroviziya 2024 təmsilçisinin adını açıqlayacaq.

Saytın instaqram hesabında paylaşdığı postda qadın təmsilçi olması diqqət çəkən əsas məqamlardan biridir.

Qeyd edək ki, Kipr bütün yay boyunca dramalarda adı hallanan bir ölkə oldu. Baş verən hadisələri oxumaq üçün isə linkə keçid edə bilərsiniz.

Son olaraq isə mediada yayılan bəzi xəbərlərə görə Kiprin Avroviziya 2024 təmsilçisi məşhur yunan müğənni Evangelia olacaq. Lakin bununla bağlı rəsmi heç bir məlumat yoxdur.

Leave a Reply