Üç ölkədən xəbər var – Albaniya, Danimarka və Norveç

Sentyabr ayının biri və yeni Avroviziya mövsümü başlayır. Bu tarixdən sonra yayımlanan istənilən mahnı Avroviziya müsabiqəsində iştirak edə bilər. Ölkələrin bir çoxu təmsilçi axtarışına artıq başlayıb. Mahnıları müəyyən etmək üçün bəzi ölkələr ənənəvi olaraq milli finaldan istifadə edəcəklər. Elə bu qəbildən olan Norveç, Danimarka və Albaniyadan xəbər var.

Norveç milli finalı üçün mahnıların qəbulu üçün son tarix dünən tamam oldu. Norveçin yaxın qonşusu Danimarkanın milli finalı üçün mahnı qəbulu prosesi başlayıb və 27 oktyabra qədər davam edəcək. Albaniyanın milli seçim turu olan “Festival i Kenges” müsabiqəsi üçün də mahnı qəbulu başlayıb. Lakin, yayımçı kanal qəbul prosesi haqqında digər detalları açıqlamayıb.

Leave a Reply