Belçika Avroviziya 2024 təmsilçisini seçdi

Bugün Belçika yayım kanalı RTBF-nin verdiyi məlumata görə, ölkəni Avroviziya 2024-də Mustii təmsil edəcək.

Bununla da Belçika Avroviziya 2024 təmsilçisini təqdim edən ilk ölkədir.

İndi isə, Belçikanın növbəti təmsilçi Mustii ilə yaxından tanış olaq. Mustii kimdir?

Mustii (əsl adı – Tomas Mustin) 21 noyabr 1990-cu ildə Belçikanın paytaxtı Brüssel şəhərində anadan olmuşdur.

O 2012-ci ildə “İnstitut des Arts de Diffusion”-da teatr təhsilini başa vurur və rejissor Alain Brunardın “Á tort ou á raison” adlı fransız teleserialı üçün çəkilişlərə başlayır.

Bununla yanaşı Mustii bir sıra teatr tamaşalarında da çıxış etmişdir.

Mustii aktyorluqla yanaşı musiqi ilə də məşğul olmuşdur.

İlk sinqlı “The Golden Age” tez bir zamanda Flandriya və Valloniyadakı bir çox Belçika radiostansiyalarında yayımlanıb.

Bununla yanaşı onun iki musiqili albomu vardır.

Mustii Belçikada tamaşaçılar tərəfindən həm musiqi,həm də aktyorluq sahəsindən tamaşaçıların sevgisini qazanmışdır.

O, növbəti il Avroviziya ilə yanaşı “Drag Race Belgique” və “Michiel Blanchart”-ın növbəti filmində iştirak edəcək.

Leave a Reply