Bu ilin 26 noyabr tarixində baş tutacaq 21-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək ölkələrin adları məlum olub. Ümumilikdə 16 ölkənin qələbə uğrunda mübarizə aparacağı müsabiqənin iştirakçıları bu şəkildədir:
🇦🇱 Albaniya (RTSH) |
🇦🇲 Ermənistan (AMPTV) |
🇪🇪 Estoniya (ERR) |
🇫🇷 Fransa (France Télévisions) |
🇬🇪 Gürcüstan (GPB) |
🇩🇪 Almaniya (NDR) |
🇮🇪 İrlandiya (TG4) |
🇮🇹 İtaliya (Rai) |
🇲🇹 Malta (PBS) |
🇳🇱 Niderland (AVROTROS) |
🇲🇰 Şimali Makedoniya (MKRTV) |
🇵🇱 Polşa (TVP) |
🇵🇹 Portuqaliya (RTP) |
🇪🇸 İspaniya (RTVE) |
🇬🇧 Birləşmiş Krallıq (BBC) |
🇺🇦 Ukrayna (UA:PBC) |
Yuxarıda qeyd etdiyimiz kimi iştirakçı ölkələrlə yanaşı müsabiqənin rəsmi loqotipi də məlum olub.

Qeyd edək ki, Azərbaycan artıq ardıcıl iki ildir ki, müsabiqədə iştirakdan imtina edir. İctimai Televiziya və Radio Yayımları şirkəti müsabiqədə iştirak etməyəcəyini hələ bir neçə həftə öncədən açıqlamışdı.