Ukrayna Avroviziya 2024-də iştirakını təsdiqlədi – “Vidbir 2024″də dəyişikliklər olacaq

Ötən ilin qalibi Ukrayna Avroviziya 2024-də iştirakını təsdiq edib.

Yayımçı kanal Suspline ölkənin təmsilçi və mahnı seçimində “Vidbir 2024″dən istifadə olunacağını bu gün açıqlayıb.

Yayımçı kanal bundan başqa Dmitri Şurovun yenidən Vidbirin prodüseri olacağını açıqlayıb:

“Bir neçə gündən sonra “Vidbir 2024” üçün mahnı qəbulu başlayacaq. Mən indi hamıya müraciət edirəm: hazırlaşın, biz ölkəni qürurlandıracaq, Avropanın qəlbini fəth edəcək yeni mahnını artıq seçməliyik.

Bu il sizi müxtəlif sürprizlər gözləyir. Qarşıda hələ çox maraqlı şeylər var”.

Dmitri Şurov bildirib ki, “Vidbir 2024” böyük dəyişikliklərlə gəlir və daha ətraflı məlumat bu həftə ərzində veriləcək.

Xatırladaq ki, ölkəni son dəfə Avroviziya 2023-də TVORCHI qrupu “Heart Of Steel” adlı mahnısı ilə təmsil etmişdi.

YouTube player

Leave a Reply