BBC-nin Əyləncə şöbəsinin rəhbəri Kalpna Patel-Knight bildirib ki, Avroviziya 2024-ün yarımfinalları birbaşa BBC One-da yayımlanacaq.
Qeyd etmək istərdik ki, daha əvvələr Avroviziyanın yalnızca finalları BBC One-da, yarımfinalları isə BBC Three ya da BBC Four-da yayımlanırdı.
Görünür Avroviziya 2023-də əldə edilən izlənmələr BBC-nin fikir dəyişikliyinə getməsinə səbəb olub.
Diqqətin Avroviziya 2024-ə yönəldiyi bir vaxtda, Birləşmiş Krallığın Avroviziya 2024 təmsilçisini və mahnısını necə seçəcəyi ilə bağlı söz-söhbətlər artıq yaranmağa başlayıb.
Bununla bağlı Kalpna Patel-Knight açıqlama da verib:
“Doğurdan da TAP-la işləmək və onların təcrübəsini öyrənmək bizim üçün çox yaxşı oldu. Bizim möhtəşəm iki finalistimiz oldu ki, hər biri Avroviziya fanlarının qəlbində artıq taxt qurub.
Sam Ryder indi böyük bir ulduzdur və onun əldə etdiyi dərəcə bizi zamanında çox sevindirmişdi.
İnsanlar indi mənə suallar verirlər. Avroviziya 2024 təmsilçimizi və mahnımızı necə seçəcəyik?
Bu nəhəng arenada mahnı oxumaq inanılmaz böyük bir şeydir və uğurumuzu davam etdirməyimiz üçün bizim həqiqətən daha əvvələr böyük səhnələr görmüş ifaçılara ehtiyacımız var.
Düşünürəm ki, gələcək illərdə də musiqi sektorunda peşəkar olan müğənnilərlə çalışmağa davam edəcəyik”.
Xatırladaq ki, Birləşmiş Krallığı Avroviziya 2023-də Mae Muller “I Wrote A Song” adlı mahnısı ilə təmsil etmişdi.