Yunanıstan Avroviziya 2024 üçün milli final hazırlayacaq?

Yunan yayımçı kanalı ERT-yə yaxın mənbələrin verdiyi məlumatlara görə, ERT Avroviziya 2024 üçün milli final hazırlamaq niyyətindədir.

“To Paron” qəzetinin məlumatında bildirilir ki, ERT mümkün bir milli final ssenarisinə hazırlaşır və bunu reallaşdırmaq niyyətindədir.

Hal-hazırda rəsmi olaraq heç bir məlumat olmasa da, yaxın aylarda ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Xüsusəndə Liverpulda əldə edilən aşağı dərəcədən sonra yayımçı kanal ERT bu məyusluğu aradan qaldırmağın yollarını axtarır.

Xatırladaq ki, Yunanıstanı son dəfə 16 yaşlı Victor Vernicos “What They Say” adlı mahnısı ilə təmsil etmiş, lakin finala vəsiqə qazana bilməmişdi.

YouTube player

Leave a Reply