İsveç yayımçı kanalı SVT “Melodifestivalen 2024” üçün mahnı qəbulu prosesini 25 avqust tarixindən etibarən açdı və hal-hazırda da proses davam edir.
Mahnı qəbulu prosesi 15 sentyabr tarixinə qədər davam edəcək.
Qeyd edək ki, “Melodifestivalen” Avroviziya sezonunun ən maraqla gözlənilən milli finallarının başında gəlir.
İsveçi gələn il Malmö’də təmsil etmək üçün müğənnilər və bəstəkarlar bu link üzərindən mahnılarını kanala təqdim edə bilərlər.
Xatırladaq ki, İsveçi son dəfə Avroviziya 2023-də Loreen “Tattoo” adlı mahnısı ilə təmsil etmiş və nəticədə müsabiqənin qalibi olmuşdu.