“MESC 2024” qaydalarında dəyişikliklər var

Malta yayımçı kanalı PBS milli finalı “MESC”in tam qaydalarını açıqlayıb. Ölkənin Avroviziya 2024 təmsilçinin və mahnısının müəyyənləşəcəyi finalı zamanı canlı ifalar olmayacaq.

Bunun əvəzində hər bir finalçı üçün yalnız əvvəlcədən, dekabrda çəkilməsi planlaşdırılan canlı ifa və kliplər nümayiş olunacaq.

“MESC 2024” qaydalarına edilən digər yenilik isə oktyabrın əvvəlində keçiriləcək yarımfinal mərhələsidir.Seçim turu üçün mahnı qəbulu 28 avqustda başlayacaq və 30 sentyabrda bitəcək .

Final mərhələsinə 12 mahnı keçəcək və qalib münsiflər heyətinin səsləri və tamaşaçı səsvermə yolu ilə seçiləcək.

YouTube player

Leave a Reply