“Uuden Musiikin Kilpailu 2024” üçün mahnı qəbulu başladı

Finlandiya milli finalı “Uuden Musiikin Kilpailu (UMK) 2024” üçün mahnı qəbulu bu gündən etibarən başlayıb.

3 gün davam edəcək mahnı qəbulu prosesində müğənnilər və bəstəkarlar öz mahnılarını artıq yayımçı kanal Yle-yə göndərə bilər. Mahnıların göndərilməsi üçün son tarix 24 avqustdur.

Mahnı qəbulu prosesi zamanı kanal tərəfindən qoyulan qaydalarla buradan tanış ola bilərsiniz.

Qısaca qeyd etmək istərdik ki, UMK-ya maksimum üç mahnı göndərilə bilər və qrup üzvləri birdən çox mahnıda, bəstəkarlar, söz müəllifləri və aranjimançılar isə bir neçə mahnı ilə iştirak edə bilərlər.

Bundan başqa göndərilən hər bir mahnının ən azı bir bəstəkarı ya Finlandiya vətəndaşlığına, ya da Finlandiyada daimi yaşamaq hüququna malik olmalıdır.

Yayımçı kanal Yle göndərilən mahnılardan potensial yeddi mahnını seçib, önümüzdəki aylarda ictimaiyyətə təqdim edəcək.

Xatırladaq ki, son dəfə ölkəni Avroviziya 2023-də Käärijä “Cha Cha Cha” adlı mahnısı ilə təmsil etmiş və nəticədə 526 xalla ikinci yerdə qərarlaşmışdı.

YouTube player

Leave a Reply