Ruth Jacott: “Avroviziya cavanlara buraxılmalıdır”

Niderlandın Avroviziya 1993 təmsilçisi Ruth Jacott Avroviziyada iştirakla bağlı danışıb.

Niderlandın keçən ilki “fəlakət” Avroviziya çıxışından sonra ölkənin bir neçə məşhur müğənnisi Avroviziyada iştirakla bağlı fikirlərini bildirib. Həmin müğənnilər sırasında ölkəyə “Vrede” (Sülh) adlı mahnı ilə altıncı yeri gətirən Ruth Jacott da yer alıb.

“Shownieuws” verilişinə verdiyi müsahibədə müğənni müsabiqədə iştirak etmək fikri olmadığını qeyd edib.

“30 il əvvəl yaşadıqlarım beynimdə çox gözəl idi və bunu itirmək istəmirəm”.

Surinam əsilli müğənni bundan əlavə, müsabiqədə göz qabağında olmayacağı bir formada “məsələn, bek-vokal kimi” iştirak edə biləcəyini də deyib.

“Artıq spot işıqları altında olmaq istəmirəm. Avroviziyanı cavanlara buraxın!”

Əlavə olaraq müğənni, təmsilçilər üçün məsləhətçilik edə biləcəyini də vurğulayıb.

Xatırladaq ki, Ruth Jacott Niderlandı 1993-cü ildə 38-ci Avroviziya mahnı müsabiqəsində təmsil edib. Həmin il favoritlərdən olsa da, 92 xalla 6-cı yerdə qərarlaşıb.

YouTube player

Mənbə: Shownieuws.nl

Leave a Reply