“Fame Story” istedad şousundan məsul olan şəxslər açıqlayıblar ki, istedad şousu Avroviziya 2024-də Kipr üçün müğənni seçimi prosesinin bir hissəsi olmayacaq.
Qeyd edək ki, “Fame Story” istedad şousu yunanların təşkil etdiyi bir müsabiqədir. Müsabiqəni yayımlayan Star TV isə müsabiqənin qalibinə 50.000€ pul mükafatı və qalibin “PANIK Records” ilə əməkdaşlıq edəcəyini daha əvvəldən açıqlamışdı.
Daha sonra isə Star Tv müsabiqənin şərtlərini yenilədi və qalibin əlavə olaraq Kipri də “Avroviziya 2024″də təmsil edəcəyini açıqladı.
Bu qərardan sonra yunan yayımçı kanalı ERT-yə çoxlu sayda şikayətlər daxil olmağa başladı və bunun nəticəsində ERT Avropa Yayım Birliyinə müraciət etdi.
Müraciətdə Kiprin Avroviziya 2024 təmsilçisini Yunanıstanda seçməsinin qəbulolunmaz olduğu və prosesin Yunanıstanın Avroviziya 2024-dən çəkilməsi ilə yekunlaşa biləcəyi qeyd olunmuşdu.
Nəticədə isə Kipr yayımçı kanalı “Fame Story”dən imtina etdiyini və təmsilçinin daxili seçimlə seçilib, mahnının yanvar ayında milli finalla seçiləcəyini açıqlayıb.
One thought on “Kipr Avroviziya 2024 təmsilçisini “Fame Story” ilə seçməyəcək”